Olimpiya çempionumuz Almaniyada əməliyyat olunacaq

Olimpiya çempionumuz Almaniyada əməliyyat olunacaq
London-2012 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan sərbəst güləşçimiz Toğrul Əsgərov Almaniyada cərrahi əməliyyat olunacaq. 25 yaşlı idmançımız bildirib ki, əməliyyat bir həftə sonraya planlaşdırılıb: "Boynumda yırtıq var. Bir neçə gündən sonra əməliyyat olunmaq üçün Almaniyaya getməliyəm. Bu zədə ilə futbol oynamaq olar, amma güləşmək mümkün deyil”.

Olimpnews.az saytının məlumatına görə, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mais Musayev redaksiyamıza verdiyi məlumatda Toğrul Əsgərovun Almaniyada əməliyyat olunacağını təsdiqləyərək bildirdi ki, Olimpiya çempionu bu əməliyyatdan sonra 3 ay müddətində bərpa olunmalıdır. Məhz bu səbəbdən də o, ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməyəcək.