Yeni kitab çapdan çıxdı

Yeni kitab çapdan çıxdı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru Dilqəm Quliyevin «Helsinkidən Rio-de Janeyroyadək» adlı yeni kitabı çapdan çıxıb. Olimpnews.az saytının məlumatına görə, kitab Müstəqil Azərbaycan Respublikasının yaradılmasının 25 illiyinə həsr edilib.

Kitabda Azərbaycan idmançılarının iştirak etdiyi Yay Olimpiya Oyunlarından söhbət açılır. Yeni nəşrin müxtəlif fəsillərində ayrı-ayrı dövrlərdə həyata keçirilən tədbirlər, xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkəmizdə Olimpiya Hərəkatının və idmanın inkişafına göstərdiyi qayğı geniş şəkildə işıqlandırılıb. Kitabda Azərbaycan olimpiyaçılarının yüksək nailiyyətləri, Olimpin zirvəsinə yüksəlməyin hansı zəhmət hesabına başa gəldiyi tarixi faktlarla təhlil edilib. Ümid edirik ki, kitab idman ictimaiyyəti və eləcə də bu sahədə təhsil alan tələbələr üçün faydalı olacaq.

«Helsinkidən Rio-de Janeyroyadək» kitabı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti və tələbələri, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.