İranda güləş üzrə Dünya kuboku keçirilir

İranda güləş üzrə Dünya kuboku keçirilir



İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya kuboku yarışları keçirilir.

Yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparır. Yarışın proqramına əsasən, dünən qrup görüşləri keçirilib. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda mübarizə aparacaqlar.

Ölkəmizi bu yarışlarda yığma komandanın baş məşqçi əvəzi Akif Əliyev, böyük məşqçi İlqar Abdulov və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 12 güləşçimiz təmsil edir.

İlk qarşılaşmada Azərbaycan yığması Türkiyə millisini 5:3 hesabı ilə məğlub edib.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edir.
 
Məlumat üçün bildirək ki, 2015-ci ildə keçirilən analoji yarışda yunan-güləşçilərimiz Dünya kubokunun qalibi olub.