Azərbaycanlı hakimlər “Challenge Cup” yarışlarında

Azərbaycanlı hakimlər “Challenge Cup” yarışlarında

Azərbaycan Həndbol Federasiyasının (AHF) hakimləri Vaqif Əliyev və Ələkbər Ağakişiyev kişilər arasında "Challenge Cup” yarışlarına təyinat alıblar.

Olimpnews.az saytının məlumatına görə, beynəlxalq dərəcəli hakimlərimiz aprelin 1-də Slovakiyanın Sala şəhərində "HKM Sala” (Slovakiya) və "JMS Hurry-Up” (Hollandiya) komandaları arasında baş tutacaq görüşü idarə edəcəklər.