Komandamız finalda

Komandamız finalda



İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya kuboku yarışları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparıb. Ölkəmizi bu yarışlarda yığma komandanın baş məşqçi əvəzi Akif Əliyev, böyük məşqçi İlqar Abdulov və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 12 güləşçimiz təmsil edir.

İlk qarşılaşmada Azərbaycan yığması Türkiyə millisini 5:3 hesabı ilə məğlub edib. Yığmamız Belarus və Ukrayna komandasını da eyni hesabla yarışdan kənarlaşdırıb. 

Azərbaycan yunan-Roma komandası finalda digər qrupun lideri Rusiya yığması ilə mübarizə aparacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edir.

Məlumat üçün bildirək ki, 2015-ci ildə keçirilən analoji yarışda yunan-güləşçilərimiz Dünya kubokunun qalibi olub.