Bakıda Dünya kuboku yarışları davam edir- YENILƏNIR

Bakıda Dünya kuboku yarışları davam edir- YENILƏNIR



Bakıda idman gimnastikası üzrə Dünya kuboku yarışları keçirilir. 
Milli Gimnastika Arenasında təşkil edilən yarışlara dünən, martın 16-da start verilib.

"Olimpnews.az” xəbər verir ki, turnirin ilk 2 günü təsnifat mərhələləri baş tutub. Son 2 gün isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Milli Gimnastika Arenasında keçirilən mübarizənin birinci günündə kişi idmançılar sərbəst, paralel qollar və halqalarla hərəkətlər üzrə təsnifat yarışlarında güclərini sınayıblar. Qadınlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə hərəkətlərdə finala yüksəlmək uğrunda mübarizə aparıblar.

İkinci gün gimnastlar dayaqla tullanma, gimnastika tiri, dəstəli at, turnik və sərbəst hərəkərlərdə yarışıblar. Marina Nekrasova dayaqla tullanmada hakimlərdən 13.000 bal alaraq 5-ci yeri tutub.

Kişi idman gimnastikası yarışında ölkəmizi Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.