Bakıda idman gimnastikası üzrə Dünya kuboku yarışları keçirilir. Milli Gimnastika Arenasında təşkil edilən yarışlara dünən, martın 16-da start verilib.
"Bakıda keçirilən Dünya kuboku bu ilin fevral ayında Melburnda keçirilən yarışlardan daha çətindir”.
"Olimpnews.az” xəbər verir ki, bu sözləri jurnalistlərə macarıstanlı gimnast, Olimpiya çempionu Kristian Berke deyib.
Olimpiya çempionu daha sonra bildirib: "Bakıdakı yarışlar yüksək səviyyədə təşkil olunub. Gimnastlar üçün hər bir şərait yaradılıb”.