Azərbaycan triatlonçusu Avropa kubokunun qalibi olub

Azərbaycan triatlonçusu Avropa kubokunun qalibi olub

Azərbaycan triatlonu cari il ərzində beynəlxalq arenada ilk uğuruna nail olub. Olimpnews.az saytının məlumatına görə, bu uğuru ölkəmizə qazandıran Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa kuboku yarışında birinci yeri tutub. İdmançımız bu qələbə ilə həm də aktivinə reytinq balları yazdırıb.

R.Pevtsov yarışın 1,5 kilometrlik su mərhələsini 18 dəqiqə 40 saniyəyə başa vurub. O, 40 kilometr məsafəyə veloyürüşü 1 saat 9 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi - 10 kilometr məsafəyə qaçış üzrə isə R.Pevtsov 30 dəqiqə 45 saniyəlik nəticə göstərib.

Beləliklə, Azərbaycan idmançısı birinci yeri tutaraq Avropa kubokunun qalibi olub.