19 nəfər hakimimiz beynəlxalq dərəcə alıb

19 nəfər hakimimiz beynəlxalq dərəcə alıb



Bədii gimnastika üzrə 19 nəfər təmsilçimiz bu ilin yanvarında Bakıda təşkil olunan hakimlik kurslarında beynəlxalq dərəcə alıb.

"Olimpnews.az" Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yanvarın 25-31-də paytaxtımızda keçirilən bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarında 17 ölkədən təmsilçilər iştirak ediblər.
 Seminarda iştirak edən 20 hakimimizdən 19-u imtahanlardan uğurla keçib. Bununla da, Azərbaycan təmsilçiləri Olimpiya dövründə ilk dəfə olaraq maksimal sayla hakimlik kateqoriyasına sahib olublar.