Çingiz Abdullayev gimnastlarla görüşüb

Çingiz Abdullayev gimnastlarla görüşüb



Aprelin 4-də Milli Gimnastika Arenasında gimnastların Azərbaycan Yazıçılar İttifaqının katibi, PEN-klubun prezidenti Çingiz Abdullayevlə görüşü keçirilib.

"Olimpnews.az” Trend.az-a istinadən xəbər verir ki, görüş zamanı yazıçı özü barədə danışıb, gimnastların karyera, uğura gedən yol barədə suallarına cavab verib, eləcə də gimnastikaya münasibətindən danışıb.

"Gimnastika mənim üçün musiqi ilə birgə təsəvvür olunur. Burada estetika, gözəllik elementləri mövcuddur. Bir çoxları gimnastikaya təkcə idmana olan marağından yox, həm də estetik zövq almaq üçün gedir. Gimnastika sadəcə idman deyil. Burada digər idman növlərində olduğu qələbə meyarları yoxdur. 
Məsələn, futbolda qol vurdun və qalib gəldin, gimnastikada isə subyektivlik mövcuddur”.
Görüşün sonunda uşaqlara avtoqraf verən yazıçıya qarşıdan gələn ad günü münasibəti ilə hədiyyələr təqdim edilib.