Dünya Güləş Birliyi bu ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb.
"Olimpnews.az" xəbər verir ki, sərbəst güləşçilərimizdən 16 nəfəri Dünya Güləş Birliyinin (DGB) reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa, 5-i isə ilk beşliyə daxil olub.
Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc mükafatçı Cəbrayıl Həsənov (74 kq) reytinqdə 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Hacı Əliyev (61 kq) və qeyri-Olimpiya çəki dərəcəsində dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) reytinq siyahısında 4-cü olub.
Digər güləşçilərimiz Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) isə onluqda qərarlaşıb.