Azərbaycan gimnastı Samirə Qəhrəmanova Belarusun Mogilyov şəhərində keçirilən qadın idman gimnastikası üzrə açıq respublika çempionatında iştirak edib.
"Olimpnews.az” Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, gimnastımız karyerasında ilk dəfədir ki, beynəlxalq turnirdə çıxış edib.
Ukrayna, Latviya, Özbəkistan, Türkmənistan və Belarusdan olan idmançılarla mübarizə apararaq üç dəfə final mərhələsinə yüksəlib. Ən yaxşı nəticəni dayaqlı tullanma hərəkətlərində göstərən gimnastımız altıncı yerdə qərarlaşıb.