Dünya Güləş Birliyi 2017-ci il dünya çempionatının püşkatma sistemində ediləcək yeniliklər barədə məlumat verib.
"Olimpnews.az" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Rio-2016 Olimpiadasının və qeyri-Olimpiya çəki dərəcələri üzrə dünya, builki qitə çempionatlarının yekununda qazanılan xalların nəticəsinə əsasən, hər çəki dərəcəsində ilk dördlükdə qərarlaşmış idmançılar püşkatmada iştirak etməyəcək.
Dünya Güləş Birliyinin yeni qərarına əsasən, xallar aşağıdakı kimi hesablanacaq.
Olimpiya Oyunları Qitə çempionatları
Dünya çempionatı
1-ci yer 25 xal 1-ci yer 12 xal
2-ci yer 20 xal 2-ci yer 10 xal
3-cü yür 15 xal 3-cü yer 08 xal
5-ci yer 10 xal 5-ci yer 06 xal
5-ci yer 10 xal 5-ci yer 06 xal
7-ci yer 08 xal 7-ci yer 04 xal
8-ci yer 06 xal 8-ci yer 04 xal
9-cu yer 04 xal
10-cu yer 02 xal
Qitə çempionatlarında çəki dərəcəsində 1 üçüncü yer olduğu təqdirdə Skandinaviya sistemindəki kimi) 7 xalla qiymətləndiriləcək. Çəki dərəcələrində iştirakçıların sayı da xalların hesablanmasına təsir edəcək. Məsələn, qeyri-Olimpiya çəki dərəcələri üzrə dünya çempionatında 70 kq çəki dərəcəsində 40 iştirakçı olacağı təqdirdə çempion 65 xal (25+40) qazanacaq. Beləliklə, iştirakçı sayı çox olan yarışlarda xallar da yüksək olacaq.
İdmançı xalları fərdi qaydada qazanır. Əgər 2017-ci ilin dünya çempionatına Rio-2016 Olimpiadasının iştirakçısı olmayan idmançı gedərsə o, püşkatmada iştirak edəcək. Reytinqdə ilk sırada olan idmançı yarış protokolunda ən üst qrupda yer alacaq. Reytinqin üçüncüsü yuxarı qrupun sonunda, ikinci olan idmançı isə protokolun aşağı qrupunun ən üstündə mübarizəyə qoşulacaq. Reytinqin 4-cüsü olan idmançı isə protokolun aşağı qrupunun sonunda yer alacaq.
Püşkatmada iştirak etməyən idmançılar təsnifat mərhələsindən azad ediləcək. Əgər püşkatmanın nəticəsində idmançılardan 3 nəfəri təsnifat mərhələsindən azad edilirsə, bu halda reytinqdə 4-cü olan güləşçi təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Əgər 2 nəfər azad edilərsə, reytinqdə 3-cü və 4-cü olan idmançılar, 3 nəfər azad edilərsə 2-ci, 3-cü və 4-cü olan idmançılar mübarizəyə təsnifat mərhələsindən başlayacaqlar.
Əgər ilk dördlükdə qərarlaşan idmançılardan biri və ya bir neçəsi çempionatda iştirak etmədiyi təqdirdə onların yerini reytinqdə növbəti mövqelərdə qərarlaşmış idmançılar tutacaqlar.