May ayının 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.
Ölkəmizin ev sahibliyi edəcəyi yarışların proqramında 20 idman növü yer alıb.
Proqramda yer alan idman növlərindən biri də gimnastikadır. Bu idman növü yarışların proqramında ilk dəfədir ki, nümayiş etdirilir. Oyunlar çərçivəsində gimnastikanın 3 növü üzrə - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil olunacaq.
Gimnastika yarışlarına mayın 12-də, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi günü start veriləcək. Gimnastlar medullar uğrunda mayın 15-dək mübarizə aparacaqlar.
Proqrama əsasən mayın 12 və 13-də bədii gimnastika üzrə təsnifat mərhələləri, mayın 14-də isə ayrı-ayrı alətlər üzrə finallar təşkil olunacaq. İdman gimnastikası üzrə təsnifat yarışları mayın 13 və 14-də, ayrı-ayrı alətlər üzrə finallar isə mayın 15-I günü keçiriləcək. Bu mötəbər yarışda gimnastika üzrə ümumilikdə 14 ölkədən olan idmançıların çıxış edəcəyi gözlənilir.
IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi bədii gimnastlarımız Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, qadın idman gimnastları Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova, kişi idman gimnastlarımız Murad Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil edəcəklər.