Yunan-Roma güləşçimiz bürünc medal qazanıb

Yunan-Roma güləşçimiz bürünc medal qazanıb



Qazaxstan Respublikasının Çimkənd şəhərində akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnir keçirilib.

Ölkəmizi bu yarışlarda 3 güləşçimiz təmsil edib. 66 kq çəki dərəcəsində mübarizə aparan Azad Əliyev beynəlxalq turnirin bürünc medalını qazanıb.