Bədii gimnastika üzrə milli komandanın lider idmançısı Marina Durunda zədə səbəbindən Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya kuboku yarışlarında iştirak edə bilməyəcək.
"Olimpnews.az" xəbər verir ki, bunu "Trend.az”-a müsahibəsində bədii gimnastika üzrə milli komandanın baş məşqçisi Mariana Vasileva deyib.
Məlumat üçün bildirək ki, Marina Durunda bir müddət əvvəl Fransada keçirilən Qran-pri yarışları zamanı məşqdə əlini zədələyib.
"Gimnastın səhhəti sağalmağa doğru gedir, lakin qərara gəldik ki, onu mayda keçiriləcək Bakı IV İslam Həmrəyliyi Oyunları və Macarıstanda baş tutacaq Avropa Çempionatına qədər qoruyaq", - deyə Mariana Vasileva bildirib.
Komandanın heyətində Marina Durundanı istedadlı gimnast Zöhrə Ağamirova əvəz edəcək.