Dünən paytaxt Bakıda bədii gimnastika üzrə FIG Dünya kuboku mərhələsinə start verilib.
Milli Gimnastika Arenasında keçirilən yarışlarda 19 ölkədən 92 gimnast iştirak edir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.
"Olimpnews.az” xəbər verir ki, dünənki günün nəticələrinə görə, ölkəmizin qrup hərəkətləri üzrə komandası medal uğrunda yarışacaq. Belə ki, Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Elif Zeynep Çelep və Ayşən Bayramovadan ibarət komandamız halqa ilə hərəkətlərdə finala vəsiqə qazanıb.
Yarışlara aprelin 30-da yekun vurulacaq.