Bədii gimnastika üzrə qrup komandaları arasında qaliblər müəyyənləşib

Bədii gimnastika üzrə qrup komandaları arasında qaliblər müəyyənləşib




Bakıda bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, yarışlara aprelin 28-də start verilib. Milli Gimnastika Arenasında keçirilən yarışlarda 19 ölkədən 92 gimnast iştirak edir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.
Fərdi gimnastlar arasında qaliblər müəyyənləşdikdən sonra qrup komandalarının çoxnövçülük üzrə final yarışlarına start verilib.

Halqalarda hərəkətlərdə İtaliya komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2-ci yerdə Belarus komandası qərarlaşıb. Bolqarıstan kollektivi isə final yarışlarını 3-cü yerdə başa vurub.

Qrup hərəkətləri komandalarının 5 halqa, 3 top və 2 iplə final yarışlarında ən güclü komanda adını Ukrayna qazanıb. Gümüş medala Bolqarıstan komandası sahib olub. Belarus kollektivi 3-cü pillədə qərarlaşıb.