Qadın güləşçilərimiz İzmirdə 5 medal qazanıblar

Qadın güləşçilərimiz İzmirdə 5 medal qazanıblar


Türkiyə Respublikasının İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə güləşçilər arasında 20-ci beynəlxalq turnir keçirilib.

Turnirdə yeniyetmə qızlardan ibarət yığma komandamızın üzvləri iştirak ediblər. 

Güləşçilərimiz turniri 5 (2 qızıl, 1 gümüş və 2 bürünc) medalla başa vurublar. Qızıl medalları komandamıza Şahanə Nəzərova (38 kq) və Ayşən Yusifova (40 kq) qazandırıb. 49 kq-da mübarizə aparan Sevinc Əhədova gümüş medala sahib olub. Bürünc medalları isə Yasəmən Məcidli (43 kq) və Jalə Əliyeva (56 kq) əldə edib.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edib.