Yeniyetmə və gənclər arasında rayon turniri

Yeniyetmə və gənclər arasında rayon turniri

Ümummilli lider Heydər Əliyevin anadan olmasınının 90 illik yubleyi münasibətilə Astara rayonunda gənclər və İdman İdarəsi tərəfindən silsilə tədbirlər keçirilir.
Aprelin 25-26-da Astara Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında rayon turniri keçirilib.
8 komandanın iştirakı ilə keçirilən yarışda 3 saylı məktəb birinci yeri tutub.
Aprelin 28-də Astara Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib.
Astara Rayon Gənclər İdman İdarəsinin uşaq-gənclər idman məktəbi ilə birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq keçirilən birinciliyin əsas məqsəd və vəzifəsi ümummilli lider Heydər Əliyevin ideyaları və irsinin təbliği, Azərbaycanın müstəqilliyi uğrunda fədəkarlığı və qəhrəmanlığı barədə gənclərə ətraflı məlumatlar vermək idi. Yarışda 120 yeniyetmə, aşağı yaş 15 çəki dərəcəsində (23-85kq), yuxarı yaş (42-97 kq) çəki dərəcələrində Astara şəhər, Ərçivan qəsəbə, UGİM və OİK-in sərbəst güləş üzrə idmançıları öz güclərini sınayıblar. Sonda qaliblər RGİİ-nin və UGİM -in diplom, medal və qiymətli hədiyyələri ilə təltif olunublar.