Toğrul Əsgərov diskvalifikasiya edilib

Toğrul Əsgərov diskvalifikasiya edilib



London-2012 Yay Olimpiya Oyunlarının qalibi, sərbəst güləşçimiz Toğrul Əsgərov 1 illik müddətə diskvalifikasiya edilib.

"Olimpnews.az”saytının məlumatına görə, buna səbəb 25 yaşlı idmançımızın antidopinq qaydalarını pozması səbəb olub.

Toğrul Əsgərovdan götürülən dopinq analizləri müsbət nəticə verib. Onun higenamin preparatından istifadə etdiyi açkarlanıb. Bu preparat ABŞ və Avropa Birliyində qanuni sayılsa da, bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən istifadəsi qadağan edilib. Məlumat üçün bildirək ki, həmin preparat daha çox çəkini qorumaq üçün qəbul olunur.

Bu səbəbdən güləşçimiz 1 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Ona tətbiq olunan cəza 2018-ci ilin aprelin 17-də başa çatacaq. Əsgərov cəza səbəbindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək hüququndan məhrum edilib.

Qeyd edək ki, Toğrul Əsgərov Olimpiya çempionu olmaqla bərabər, Rio-2016 Olimpiadasının gümüş mükafatçısı, eləcə də dünya çempionatının və I Avropa Oyunlarının qalibidir.