Marina Durunda Avropa çempionatında 7-ci yeri tutub

Marina Durunda Avropa çempionatında 7-ci yeri tutub

Bədii gimnastlarımız Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında iştirak ediblər.

"Olimpnews.az”ın məlumatına görə, yarışda ölkəmizi fərdi proqramda Marina Durunda və Jalə Piriyeva təmsil ediblər. Marina Durunda finala qədər irəliləyib. O, ən yaxşı nəticəni halqa ilə göstərərək, həlledici mərhələdə iştirak hüququ qazanıb. Son çıxışında 16,750 xal toplayan gimnastımız 7-ci yerdə qərarlaşıb.

Qitə çempionatında gənclərdən ibarət qrup komandamız da mübarizə aparıblar. Güllü Ağalarzadə, Fatimə Əkbərova, Narın Qurbanova, Dərya Sorokina və Nərmin Cahangirovadan ibarət yığmamız 27 ölkə arasında 9-cu yerdə (30.150 xal) qərarlaşıb.