Şəki şəhərinin idman xronikası

Şəki şəhərinin idman xronikası



Şəki şəhər Gənclər və İdman İdarəsi, təqvim planına uyğun olaraq, ali, orta ixtisas və peşə məktəblərinin oğlan komandaları arasında voleybol idman növü üzrə şəhər birinciliyi keçirilib.
İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarışı giriş sözü ilə açan Şəki şəhər Gənclər və İdman idarəsinin məsləhətçisi E.Məmmədov iştirakçılara uğurlar arzulayıb. Yarışın baş hakimi M.Abdurahmanzadə yarışın keçirilmə qaydaları və digər məsələlər verdikdən sonra şəhər birinciliyinə start verilib.
Yarışın nəticələrinə görə, I yeri Pedaqoji Kollec, II yeri AMİ-nin Şəki filialı , III yeri Musiqi Kollecinin komandaları tutublar.
Qalib komandalara diplomlar verilib.

*  *  *

Böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq məqsədi ilə, ümumtəhsil məktəblərinin şagirdləri arasında fövqaladə hallara hazırlıq çərçivəsində fiziki və intelektual müsabiqələrdən ibarət "Gənc xilasedici və yanğınsöndürən” yarışı keçirilib. Yarışı giriş sözü ilə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi V.İskəndərov açıb. V.İskəndərov yarışın təşkilində əsas məqsədin gənclərə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsi olduğunu qeyd edib. Yarışda 12 komanda iştirak edib.
18 saylı tam orta məktəbin komandası yarışın qalibi adını alıb. II yerə Lisey komandası, III yerə 11 saylı tam orta məktəbin komandası layiq görülüb.
Qaliblərə Şəki şəhər Gənclər və İdman idarəsinin diplomları təqdim olunub.


*  *  *

Şəki şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Təhsil, Gənclər və İdman Nazirlikləri ilə birgə qərarına əsasən gənc nəslin vətənə məhəbbət, onun sərhədlərinə hörmət ruhunda tərbiyə olunması, yaradıcı, düşünən, sağlam gənclərin yetişdirilməsi və onlarda sərhədçi peşəsinə marağı artırmaq məqsədilə Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində "Sərhəd” Hərbi - İdman oyununun rayon birinciliyini keçirilib. Yekun nəticəyə görə, 1-ci yeri Şəkinin Şin komandası, 2-ci yeri Baş Göynük komandası, 3-cü yeri Kiş 4 saylı məktəbin komandaları tutublar.

*  *  *

Şəki Olimpiya İdman Kompleksində AFFA, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Coca Cola məktəbli kuboku” nun zona yarışı təşkil edilib. Turnirdə bölgənin Balakən, Zaqatala Qax rayonlarının və Şəki şəhərinin V və VII sinif şagirdlərinin komandaları iştirak edib. V sinif şagirdləri arasında baş tutan final qarşılaşmasında Qax və Şəki komandalarının mübarizəsi birincinin qələbəsi ilə başa çatıb. VII sinif komandalarının yarışında isə vəsiqə qazanmaq hüququ Balakən komandasına qismət olub.


*  *  *


Mayın 3-də Ümummilli lider H.Əliyevin 90 illik yubileyi ilə bağlı Şəki şəhər İcra Hakimiyyəti və Gənclər və İdman idarəsinin birgə təşkil etdiyi idman spartakiadası keçiriləcək. Spartakiadanın proqramına basketbol, voleybol, stolüstü - tennis, atletika və futbol növləri daxil edilib. Ümumilikdə, spartakiadada 500-dən yuxarı yeniyetmə və gəncin iştirakı gözlənilir.