“Karreras MNM” birinci olub

“Karreras MNM” birinci olub

Binə qəsəbəsindəki "Elite Horse Club”un açıq manejində keçirilən atçılığın konkur növü üzrə CSI4* kateqoriyalı beynəlxalq turnir davam edir.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnirdə Azərbaycan, Polşa, Gürcüstan, İran və digər ölkələrdən ümumiliklə 25-ə yaxın idmançı 65 atla iştirak edir.
Yeddi yaşadək atlar arasında maneələrin hündürlüyü 120 santimetr olan ilk yarışın qalibləri müəyyənləşib. Belə ki, Azərbaycan idmançısı Manuela Kiss "Karreras MNM” ləqəbli atla birinci olub. Digər idmançımız Kənan Novruzov "Misir” ləqəbli atla ikinci, gürcüstanlı Giorgi Toxadze isə "Rene” ləqəbli atla üçüncü yerə çıxıb.
Turniri Türkiyə, Bolqarıstan, Rusiya, İran və Rumıniyadan dəvət olunmuş hakimlər kollegiyası idarə edir.
Yarışın ümumi mükafat fondu 265 min ABŞ dolları təşki edir.