Azərbaycan Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində ulu öndərin xatirəsi yad edildi

Azərbaycan Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində ulu öndərin xatirəsi yad edildi



Mayın 3-də Azərbaycan Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində ümummmilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı anım mərasimi keçirildi. Mərasimdə Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin sədri Xəzər İsayev, sədr müavini Səlhət Abbasova və mərkəzin idarə heyəti iştirak edirdilər. 


Tədbir iştirakçıları əvvəlcə ulu öndərin mərkəzin binasında yerləşən büstünün önünə əklil qoydular. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin sədri Xəzər İsayev və sədr müavini Səlhəd Abbasova çıxış etdilər. Xəzər İsayev ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyi tarixində müstəsna xidmətləri olduğunu qeyd etdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalıq üçün gördüyü misilsiz xidmətlərdən danışan Xəzər İsayev ulu öndərin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini əbədi müstəqillik qazandığını bildirdi. Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin ulu öndərin göstərişi ilə açıldığını xatırladan X. İsayev bu gün ölkəmizdə idmana yüksək səviyyəli dövlət qayğısının göstərildiyini vurğuladı.



Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən Xəzər İsayev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyəsətinin bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini dedi. O, ölkəmizdə hər bir sahədə uğurlu fəaliyyət göstərən insanların əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini dedi. Xəzər İsayev bugünlərdə ona «Vətənə xidmətə görə» üçüncü dərəcəli ordeninin təqdim edilməsini əməyinə verilən ən yüksək mükafat kimi dəyərləndirdi. Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin sədri əməyinə verilən bu mükafata görə dövlətimizin başçısına öz minnətdarlığını bildirdi.
Ulu öndərin xatirəsinin daim qəlblərdə yaşadığını deyən Səlhət Abbasova ümummilli liderin Azərbaycan gənclərinə daim böyük önəm verdiyini bildirdi. O, qeyd etdi ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafı, onların cəmiyyətin həyatında fəal iştirakını təmin edir. Onun sözlərinə görə bu siyasət gənclərin təhsili, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili məsələlərini əhatə edir. Səlhət xanım ulu öndərin irsinin bugünkü gənclərimizə örnək olduğunu da qeyd etdi.