Həvəskarlar arasında üzgüçülük yarışı

Həvəskarlar arasında üzgüçülük yarışı

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası, "Olimpiya dünyası” qəzeti və "Sportsman” jurnalının birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunacaq həvəskarların üzgüçülük yarışı keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, yarış avqustun 19-u, saat 11:00-da "Fairmont” hotelin "ESPA” sağlamlıq mərkəzində keçiriləcək. Turnirin qaliblərinə və xüsusi fərqlənənlərə diplom və qiymətli hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, yarış çay dəstgahı və 80-90-cı illərin diskotekası ilə tamamlanacaq.