Avqustun 11-13-də Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə bu ilin sonuncu Dünya kuboku mərhələsi yarışı keçirilib.
Azərbaycan gimnastlarının da iştirak etdiyi yarışda ümumilikdə 33 ölkədən gymnast qüvvəsini sınyaıb. Ölkəmizi qrup hərəkətləri proqramında təmsil edən Ayşən Bayramova, Elif Zeynep Celep, Diana Doman, Aleksandra Platonova və Siyana Vasilevadan ibarət qrup 2 kompozisiya ilə final mərhələsinə vəsiqə qazanaraq yekun nəticədə hər iki çıxış üzrə 6-cı yeri tutublar.
Çoxnövçülükdə isə qızlarımız 7-ci yerlə kifayətləniblər. Qrup hərəkətləri üzrə yarışlarda Rusiya 1-ci yeri tutub.
Fərdi proqramda isə ölkəmizi gənc gimnastımız Zöhrə Ağamirova təmsil edib. O, 4 alət ürzə yekun nəticədə 24-cü yerlə kifayətlənib.