Dünən Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatına start verilib.
"Olimpnews.az” xəbər verir ki, ilk yarış günündə 71 kq, 75 kq, 85 kq və 98 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar.
İslam Abbasov (85 kq) Peru və Yaponiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırsa da, dörddəbir finalda Almaniya təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşdə iştirak edən güləşçimiz Kuba idmançısına qalib gəlib. İdmançımız bürünc medal uğrunda mübarizədə İran təmsilçisinə uduzaraq mübarizəni dayandırıb.
Digər təmsilçilərimizdən Rəsul Çunayev (71 kq) üçüncü təsəlliverici görüşdə İran güləşçisinə, Həsən Əliyev (75 kq) yaponiyalı rəqibinə, Orxan Nuriyev (98 kq) isə Fransa idmançısına məğlub olaraq dünya çempionatından kənarda qalıblar.
İkinci yarış günündə 59 kq, 66 kq, 80 kq və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparırlar.
59 kq
1/16 final - Maksim Kazarski (BLR) - Taleh Məmmədov (B xalçası)
66 kq
1/16 final - Kamran Məmmədov - Hansu Ryu (KOR) (A xalçası)
80 kq
1/16 final - Roman Vlasov (RUS) - Elvin Mürsəliyev (B xalçası)
130 kq
1/8 final - M.Kuçmu (UKR) / M.Knistautsa (LTU) - Sabah Şəriəti (B xalçası)
Yarışlara avqustun 26-da yekun vurulacaq.