Elvin Mürsəliyev bürünc medal qazanıb

Elvin Mürsəliyev bürünc medal qazanıb



Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.

"Olimpnews.az” xəbər verir ki, ilk yarış günündə 71 kq, 75 kq, 85 kq və 98 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar. Ölkəmizi bu növdə 8 güləşçimiz təmsil edib.
Güləşçilərimizdən Elvin Mürsəliyev dünya çempionatını bürünc medalla başa vurub.

80 kq çəkidə mübarizə aparan Elvin Mürsəliyev ilk görüşdə Rusiya idmançısı, ikiqat Olimpiya çempionu Roman Vlasovu gərgin keçən qarşılaşmada məğlub edib. 

1/8 finalda Polşa təmsilçisi Edqar Babayanı vaxtından əvvəl tam üstünlüklə mübarizədən kənarlaşdıran güləşçimiz növbəti görüşdə Mərakeş idmançısından üstün olub. Yarımfinalda Belarus təmsilçisi Radzik Kulieu ilə gərgin keçən qarşılaşmada hesab bərabər olsa da sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Elvin Mürsəliyev bürünc medal uğrunda görüşə çıxıb.  

Həlledici görüşdə Bolqarıstan idmançısı Daniel Aleksandrovu üstələyən güləşçimiz bürünc medal qazanıb.