Qadın gimnastımız qızıl medal qazanıb

Qadın gimnastımız qızıl medal qazanıb



Sentyabrın 8-10-da Macarıstanın Sombatxey şəhərində kişi və qadın gimnastikası üzrə dünya çempionatı keçirilib. 

"Olimpnews.az" xəbər verir ki, qadın gimnastımız Marina Nekrasova çempionatdan əvvəl "Challenge” seriyasına aid olan son Dünya kuboku mərhələsi yarışlarında iştirak edib. Təmsilçimiz yarışların qızıl medalına layiq görülüb. Dayaqlı tullanma hərəkətləri üzrə təsnifat mərhələsindən finala adlayan Marina Nekrasova fəxri kürsünün ən yüksək pilləsində dayanıb. Növbəti final çıxışını gimnastika tirində icra edən qadın gimnastımız 8-ci yerlə kifayətlənib.

Turnirdə iştirak edən digər təmsilçimiz Yuliya İnşına da yaxşı nəticə göstərib. İdmançımız dayaqla tullanma üzrə final mərhələsində medalın bir addımlığında qərar tutub.