Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı keçirilir.
İlk yarış günündə sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar.
Yığmamızın üzvləri yarış gününü 4 (1 qızıl, 1 gümüş, 3 bürünc) medalla başa vurub.
Qızıl medalı yığmamıza Qalib Əliyev (61 kq) qazandırıb. Sərbəst güləşçimiz finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumıniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.
Ağahüseyn Mustafayev (65 kq) həlledici görüşdə iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Coşqun Əzimov (70 kq) da bürünc medal qazanıb. Həlledici görüşdə o, polşalı Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edib.
Qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) isə gümüş medalla kifayətlənib.