Hərbçilərin dünya çempionatı davam edir

Hərbçilərin dünya çempionatı davam edir



Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı keçirilir.

"Olimpnews.az”ın məlumatına görə, sentyabrın 22-də Azərbaycanın üç idmançısı mübarizəyə qoşulub. Litva Beynəlxalq Universitetinin idman zalında keçirilən yarışda bu gün yunan-Roma güləşçilərimiz Sənan Əlimirzəyev (71 kq), Murad Məmmədov (59 kq) və Kərim Cəfərov (66 kq) xalça üzərinə çıxacaqlar.
Məşqlər zamanı zədələndiyinə görə Həsən Əliyev yarışlarda iştirak edə bilməyəcək.
Yığmamızın üzvləri ilk yarış gününü 4 (1 qızıl, 1 gümüş, 3 bürünc) medalla başa vurublar.

İkinci yarış günündə isə güləşçilərimiz 1 bürünc medal qazanıblar.

Bununla da dünya çempionatının sərbəst və qadın güləşi yarışları başa çatıb. Sərbəst güləşçilərimiz ümumilikdə 1 qızıl və 4 bürünc medala sahib olub. İki idmançı ilə təmsil olunan qadın güləşi yığmamız isə çempionatı 1 gümüş medalla başa vurub.

Komanda hesabında sərbəst güləşçilərimiz Rusiya və İran yığmalarından sonra üçüncü yerdə qərarlaşıb.