Sentyabrın 30-dan oktyabrın 1-ə kimi Saxa Respublikasının Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunmuş 10-cu beynəlxalq turnir keçiriləcək.
Sərbəst güləş üzrə keçiriləcək yarışlarda yığma komandamızın üzvləri də iştirak edəcəklər. Güləşçilərimiz yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında yarışacaqlar.
Turnirin proqramına əsasən sentyabrın 30-da 57 kq, 65 kq, 74 kq və 97 kq, oktyabrın 1-də isə 61 kq, 70 kq, 86 kq və 125 kq çəkidə pəhləvanlar qüvvələrini sınayacaqlar.