Oleq Krapivinin şərəfinə respublika turniri keçirilir

Oleq Krapivinin şərəfinə respublika turniri keçirilir


Veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında V Açıq Respublika turnirinə start verilib.  

Şamaxı Olimpiya İdman Kompleksində keçirilən turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Ukrayna, Rusiya, Gürcüstan, İran, Qırğızıstan pəhləvanları da iştirak edırlər. 

Yarış çərçivəsində həm də Şamaxı şəhərində fəaliyyət göstərən "Şirvan" Güləş Klubunun yeni inşa edilmiş idman zalının açılış mərasimi olacaq.