Olimpiada-2026 uğrunda mübarizə davam edir

Olimpiada-2026 uğrunda mübarizə davam edir



ABŞ Milli Olimpiya Komitəsi (MOK) İcraiyyə komitəsi oktyabr ayının 13-də 2026 və 2030-cu illərdə keçiriləcək Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün iddia ərizəsi verməyi planlaşdırır.

ABŞ MOK-nun icraçı direktoru Skott Blekman əmin olduğuni bildirib ki, ev sahibliyi üçün bir neçə şəhər öz namizədliyini təqdim edəcək. Bundan əvvəl xəbər verilirdi ki, ABŞ şəhərlərindən Denver və Solt-Leyk-Siti Olimpiya Oyunlarına ev sahibliyi etmək arzusundadırlar.

Olimpiada-2026-ya ev sahibliyi etmək üçün İsveçrənin Sion, Norveçin Lillihammer, Kanadanın Kalqari və Avstiyanın İnsbruk şəhərləri namizədlik ərizəsi ilə müraciət ediblər.

Məlumat üçün bildirək ki, 2026-cı ildə keçiriləcək qış Olimpiya Oyunlarının ev sahibliyi edəcək şəhərin adı 2019-cu ildə İtaliyanın Milan şəhərində açıqlanacaq.