Güləşçimiz veteranlar arasında dünya çempionudur

Güləşçimiz veteranlar arasında dünya çempionudur



Bolqarıstanın Plovdiv şəhərində veteran güləşçilərin dünya çempionatına yekun vurulub. Azərbaycan pəhləvanları çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurublar.

Sərbəst güləş üzrə B divizionunda mübarizə aparan Mayis İbadov (70 kq) dünya çempionu titulunu qazanıb. İdmançımız ardıcıl olaraq Almaniya, Moldova və Bolqarıstandan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə İran idmançısını da məğlub edən Mayis İbadov qızıl medala sahib olub.
Çempionatda yunan-Roma güləşi üzrə D divizionunda qüvvəsini sınayan Rövşən İsmayılxanlı (130 kq) isə çempionatı ikinci sırada tamamlayıb. Həlledici görüşdə Polşa idmançısına məğlub olan təmsilçimiz dünya çempionatının gümüş medalına yiyələnib.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.