Yeniyetmə sumoçulardan uğurlu nəticə

Yeniyetmə sumoçulardan uğurlu nəticə

Polşanın Varşava şəhərində keçirilən yeniyetmələr arasında sumo üzrə Avropa birinciliyinə yekun vurulub.

Olimpnews.az saytının məlumatına görə, yarışda iştirak edən gənc sumoçularımız Varşavada komanda hesabında üçüncü yeri tutublar. Cəmi 3 idmançı ilə təmsil olunan yığma komandamız 3 qızıl və 1 gümüş medala layiq görülüb. Təmsilçilərimizdən Məhərrəm Eyvazov (60 kq), Səftər Məmmədli (85 kq), Camal Feyziyev (+100 kq) bütün rəqiblərə qalib qələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Mütləq çəki dərəcəsində qüvvəsini sınayan Camal Feyziyev yalnız final görüşündə məqlub olaraq ikinci yeri tutub.