Bərdə “ şahinlər”i zona qalibidirlər

Bərdə “ şahinlər”i zona qalibidirlər

Aprelin 15-də Şirvan şəhərində aran zonasının "Şahin” hərbi idman oyununun Şirvan zonası üzrə yarışları keçirilib.
Turnirin açılış mərasimində bildirilib ki, belə oyunlar gənc nəslin sağlam və hərbi- vətənpərvərlik ruhunda tərbiyəsi yolunda keçirilən önəmli turnirlərdəndir. Qeyd edək ki, gərgin mübarizə şəraitində keçən turnirdə Bərdə şəhərinin "Şahin” komandası zona birinciliyinin qalibi olub. Cəlilabad şəhərinin komandası II, Beyləqan şəhərinin komandası isə III yerə layiq görülüb. Qalib komandalar Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif olunublar.

Vaqif Gözəlov
Əməkdar bədən tərbiyəsi və idman xadimi