21 yaşlı gimnastımız Sofiyada qızıl medal qazanıb

21 yaşlı gimnastımız Sofiyada qızıl medal qazanıb



Azərbaycanlı gimnast Mixail Malkin Sofiya (Bolqarıstan) şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə ümumdünya yarışlarında qızıl medal qazanıb. Müxtəlif yaş kateqoriyaları arasında keçirilən bu yarış, həm də gənclər arasında dünya çempionatı kimi tanınır.

Bir müddət əvvəl Sofiya şəhərində keçirilən batut gimnastikası üzrə dünya çempionatında bizim gimnastlarımız da qüvvələrini sınayıblar. 34 ölkədən gimnastların iştirak etdiyi çempionatda ölkəmizi Svetlana Makştaryova, Veronika Zemlyanaya, Oleq Piunov, İlya Qrişunin və Ruslan Ağamirov təmsil ediblər.
Batutçularımız artıq dördüncü dəfədir dünya çempionatında iştirak edirlər. Ən güclü gimnastların iştirak etdiyi yarışda Svetlana Makştaryova-Veronika Zemlyanaya cütlüyü sinxron proqramda yeddinci olub. Svetlana Makştaryova həm də fərdi proqram üzrə 60 ölkənin gimnastları arasında yarımfinala yüksəlməyi bacarıb. Bu turnir ölkəmiz üçün əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, batut gimnastikası üzrə dünya çempionatında ilk dəfə olaraq Azərbaycan təmsilçisi Kamil Quliyev yarışlarda hakimlik edib.
Xatırladaq ki, 2018-ci il aprelin 12-dən 15-dək batut, ikili mini batut və tamblinq üzrə 26-cı Avropa çempionatı Bakıda keçiriləcək.