Çaparımız Heydər Əliyev kubokuna layiq görüldü

Çaparımız Heydər Əliyev kubokuna layiq görüldü


Mayın 2-5-də Bakıda atçılığın konkur növü üzrə CSI4* kateqoriyalı beynəlxalq turnir keçirilib.
Turnirdə Azərbaycan, Gürcüstan, Polşa və İran çaparları iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş turnirin qalibi Azərbaycan idmançısı Patrik Mc Entee olub.
Ümumi mükafat fondu 265 min ABŞ dolları olan yarışda o, "Zidane D” atı ilə turnirdə qələbə qazanaraq Heydər Əliyev kubokuna sahib çıxıb. 2-ci yeri "Kalinka MNM” atı ilə polşalı Aleksandra Lusina tutub. İran idmançıları 3-5-ci yerlərə layiq görülüblər.
Qaliblərə mükafatlar təqdim olunduqdan sonra Qarabağ atlarının keçidi olub.