Şəkidə turnir keçirilib

Şəkidə turnir keçirilib

Mayın 5-də Bəxtiyar Vahabzadə adına parkda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş qol güləşi (armrestlinq ) turniri keçirilib. Yarışda şəhərdəki hərbi hissələrin əsgərləri, ali, orta ixtisas məktəblərinin tələbələri və idman klublarının nümayəndələri iştirak ediblər. Qeyd edək ki, yarışda 8 çəki dərəcəsində 100-ə yaxın idmançı öz qüvvəsini sınayıb.
Qaliblərə Şəki şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

**
Şəki şəhər Gənclər və İdman idarəsi, şəhər stadionunda 06 may 2013-ci il tarixdə qızlar və oğlanlar arasında atletika (kross, 100 m məsafəyə qaçış) üzrə yarış keçirmişdir.Yarışın yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsi və hakimlər heyəti yaradılmışdır.Yarışı giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəis müavini A.Səfərova açaraq, idmançılara yarışın keçirilmə məqsədi haqqında danışmış və yarış iştirakçılarına uğurlar arzulamışdır. Yarışın baş hakimi N.Hüseynov yarışın keçirilmə qaydaları haqqında məlumat vermişdir.Yarışa start verilmişdir.

Ümumi nəticəyə görə 100 m məsafəyə qaçış üzrə Qızlar I yer - AMİ-nin tələbəsi Babayeva Gülnar , II yer - Pedaqoji Kollecin tələbəsi Əmirova Ruqiyyət, III yer - Pedaqoji Kollecin tələbəsi Abdullayeva Şəbnəm, Oğlanlar I yer - Texniki Kollecin tələbəsi Əhmədov Coşqun, II yer - Pedaqoji Kollecin tələbəsi Əhmədov Elşad , III yer - AMİ-nin Şəki filialı tələbəsi Cəlilzadə Sənan

Sonda qaliblər Şəki şəhər Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunmuşdurlar.