XI Respublika Universiadasının yarışları davam edir

XI Respublika Universiadasının yarışları davam edir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin bədən tərbiyəsi və idmana cəlb edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və eləcə də tələbə-idmançıların ustalıqlarının artırılması, tələbələrin Rusiyanın Kazan şəhərində keçiriləcək XXVII-ci Ümumdünya Universiadasına hazırlığını təmin edilməsi məqsədi ilə XI Respublika Universiadası keçirilir. 2013-cü ilin mart ayından start götürən universiada Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Kollegiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyası, Milli Olimpiya Komitəsi (MOK) İcraiyyə Komitəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin birgə qərarı və "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə təhsil müəssisələri arasında keçirilir.
Qeyd edək ki, həndbol (qadınlar) üzrə yarış 02-06 may 2013 tarixində Azərbaycan Tibb Universitetinin idman kompleksində təşkil edilib və yarışda 8 komanda iştirak edib. Nəticələr aşağıdakı kimidir:


I yer - Azərbaycan Memarlıq və İnşaat Universiteti

II yer - Bakı Dövlət Universiteti

III yer - Azərbaycan Tibb Universiteti

Digər idman növlərinin yekunları haqqında hər bir yarış başa çatdıqdan sonra əlavə məlumat veriləcək.
Qeyd edək ki, XI Respublika Universiadası davam edir.