“İlin ən yaxşıları” “Olimpnews.az” saytının təqdimatında

“İlin ən yaxşıları” “Olimpnews.az” saytının təqdimatında

Azərbaycanın idman həyatı üçün 2017-cü il uğurlu illərdən olub. Bu ildə idmançılarımız bir sıra möhtəşəm uğurlara imza atıblar, ölkəmiz ayrı-ayrı idman növləri üzrə mötəbər yarışlara ev sahibliyi edib.

Milli Olimpiya Komitəsinin təsisçiliyi ilə fəaliyyət göstərən «Olimpnews.az» saytı ilin ən yaxşılarını müəyyənləşdirmək üçün çoxsaylı oxucuları, KİV nümayəndələri, idman təşkilatları arasında rəy sorğusu keçirib. Sorğuda idman rəsmiləri, idman təşkilatları, federasiyalar, klublar, cəmiyyətlər, məşqçilər və idmançılar qalib gəliblər. Bununla əlaqədar dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirildi. Tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev iştirak edirdilər.

Çıxış edənlər ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı, 2017-ci ildə ölkəmizdə əldə olunan uğurlardan danışıblar. Daha sonra müxtəlif nominasiyalar üzrə qalib gəlmiş nominantlara diplomlar təqdim olunub.

Nominantların adlarını sizə təqdim edirik.

"İlin idman xadimi”
Ağacan Abiyev


"İlin idman adamı”
Fərid Qayıbov


Yarışların təşkilinə görə "İlin ən yaxşı idman mərkəzi”
"Sərhədçi” İdman Olimpiya Mərkəzi


Olimpiya idman növləri üzrə "İlin ən yaxşı federasiyası”
Azərbaycan Həndbol Federasiyası


"İlin ən yaxşı idman mərkəzi”
Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi


Gənclərin hərbi-vətənpərvər ruhda tərbiyəsində
fəaliyyətinə görə "İlin ən yaxşı federasiyası”
Azərbaycan Universal Döyüş Federasiyası


İdmanın inkişafında göstərdiyi xidmətlərə görə
"İlin iş adamı”
Səbuhi Rəcəb


"İlin idman yazarı”
Mobil İsmayılov


"İdmanın kütləviliyində göstərdiyi xidmətlərə görə”
Xəzər rayon gənclər və idman idarəsinin rəisi
Vüqar Əliyev


"İlin idman ictimai birliyi”
"Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi


"İlin idman Klubu”
"Sarvan” İdman Klubu


"İlin məşqçisi”
Samir Həsənov


"İlin peşəkar idmançısı”
Rafət Əsədov


"İlin ən yaxşı Olimpiya İdman Kompleksi”
Qazax Olimpiya İdman Kompleksi

"İlin ən fəal idman cəmiyyəti rəhbəri”
Zemfira Meftexetdinova


Qeyri-Olimpiya idman növləri üzrə "İlin idmançısı”
Tahir Məsimov


"İlin idman jurnalisti”
Səxavət Quliyev


"İlin ən fəal idman kompleksi”
Sumqayıt Olimpiya İdman Kompleksi


"İlin ən yaxşı gənc idmançısı”
Daniel Holostenco


Qeyri-Olimpiya idman növləri üzrə 
"İlin ən yaxşı federasiyası”
Azərbaycan Alpaqut Federasiyası


Qeyri-Olimpiya idman növləri üzrə
"İlin məşqçisi”
Ellər Orucov


"Döyüş növləri üzrə ilin məşqçisi”
Ruslan Əfəndiyev


Bölgələr üzrə "İlin ən yaxşı məşqçisi”
Xəyal Əliyev


"İlin ən yaxşı klub məşqçisi”
Xəyyam Abışov


"İlin perspektivli idmançısı”
Ayan Əliyeva


"İlin texnikalı idmançısı”
Samir Salmanov