Mayk Tayson torpaq sahəsi alıb

Mayk Tayson torpaq sahəsi alıb
Əfsanəvi amerikalı boksçu Mayk Tayson ABŞ-nın Kaliforniya ştatında marixuana yetişdirmək üçün 16 hektarlıq torpaq sahəsi alıb.

Olimpnews.az saytının məlumatına görə, Mayk Tayson əldə etdiyi ərazidə marixuana plantasiyası ilə yanaşı, emal zavodu, mağaza və yeni sortların istehsalı ilə məşğul olmaq istəyənlər üçün məktəb açacaq.

Qeyd olunur ki, əfsanəvi boksçu marixuananın tibbdə istifadəsinin tərəfdarıdır.