Atlet yarış zamanı hakimi öldürdü

Atlet yarış zamanı hakimi öldürdü

Çexiyada atletika üzrə yarış zamanı bədbəxt hadisə baş verib. Nüvəitələmə yarışları hakimlərdən birinin faciəvi ölümü ilə nəticələnib.
Praqanın idman komplekslərinin birində təşkil olunan turnir zamanı idmançılardan biri nüvəni uğursuz şəkildə atıb. 6 kq-lıq "mərmi” atletin bir neçə metrliyində olan referinin sinəsinə dəyib. Nəticədə hakim dünyasını dəyişib. Hadisə idman yarışında baş verdiyindən atletə hansısa cinayət işi açılmayacaq.