Lənkəranda şəhidlərin xatirəsi turnirlə anılıb

Lənkəranda şəhidlərin xatirəsi turnirlə anılıb

Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları başa çatıb. Sonuncu yarış taekvondo və boksçular arasında keçirilib. Rayon birinciliyində taekvondoçular üç yaş qrupunda mübarizə aparıblar. 2004-2006, 2007-2008 və 2009-2010-cu illər təvəllüdlü uşaqlar arasında keçirilən yarışda, ümumilikdə, 150-dən çox idmançı iştirak edib. Boksçuların yarışında isə 2005-2006-cı illər təvəllüdlü 56 yeniyetmə idmançı gücünü sınayıb. Rayon birinciliyinin qalibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.