Mərkəzi oyun heç-heçə başa çatdı

Mərkəzi oyun heç-heçə başa çatdı

Qadın həndbolçular arasında Azərbaycan çempionatında iki oyun keçirilib. Hər iki qarşılaşma gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. Günün mərkəzi oyununda "Qarabağ” və "Azəryol” kollektivləri üz-üzə gəliblər. Bərabər səviyyəli oyun nümayiş etdirən hər iki komandanın görüşündə qalib müəyyənləşməyib - 24:24.
Digər matçda isə "Gənclər Birliyi” həndbolçuları "İdman Akademiyası” təmsilçilərini çətinliklə məğlub ediblər - 31:30.