“Pəhləvan” idman klubunun idman xronikası

“Pəhləvan” idman klubunun idman xronikası

Buyaxınlarda Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Yarışda "Pəhləvan” idman klubunu yunan-Roma güləşi üzrə 2, sərbəst güləş üzrə 5 idmançı təmsil edib. Yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində çıxış edən Elmir Əliyev bütün rəqiblərə qalib gələrək beynəlxalq turnirin qalibi adını qazanıb. Sərbəst güləşçilərin mübarizəsində isə Fuad Mailov (80 kq) və Teymuraz İsmayılov (110 kq) yalnız finalda uduzaraq II yeri tutublar.
Qeyd edək ki, ən yaxşı məşqçi-müəllim nominasiyasında sərbəst güləş üzrə "Pəhləvan” idman klubunun məşqçisi Ruslan Şəmilov qalib olub.