AGF-yə yeni baş katib təyin olunub

AGF-yə yeni baş katib təyin olunub

Azərbaycan Güləş Federasiyasında kadr dəyişikliyi aparılıb. AGF-nin prezidenti Fazil Məmmədovun əmri ilə federasiyanın baş katibi vəzifəsi Orxan Məmmədova tapşırılıb. O, bu vəzifədə Rəşad Əli-Zadəni əvəz edib.
Məlumat üçün bildirək ki, Orxan Məmmədov bundan əvvəl Azərbaycan Güləş Federasiyasında idman şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Orxan Məmmədov yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalib və mükafatçısıdır. Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif olunan Orxan Məmmədov idman ustası, Əməkdar məşqçidir.