KİV nümayəndələri boulinq turnirində

KİV nümayəndələri  boulinq turnirində


Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş boulinq turniri kecirilib. Azərbaycan Gənclər İdman Nazirliyi dəstəyi və "Sportsmen” jurnalının təşkilatçılığı ilə kecirilən turnir "Megafan” əyləncə-mərkəzində təşkil olunub. Təxminən 40-a yaxın jurmalistin iştirak etdiyi və gərgin mübarizə şəratində keçən yarışın sonunda qaliblər müəyyənləşib. Turnirin qalibi TMB kanalının Bakı ofisinin rəhbəri Əli Əliyev olub. Növbəti yerləri müvafiq olaraq Nair Əliyev (Exo) və Sənan Şəfizadə (ATV) tutublar.
Qaiblərə qiymətli hədiyyələr və diplomlar təqdim olunub.